Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevin dəvəti ilə avqustun 22-də rəsmi səfərlə Azərbaycana yola düşüb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Özbəkistan Prezidentinin rəsmi saytı yayıb.
Mənbə yazır ki, Bakıda Özbəkistan lideri ən yüksək səviyyədə dar və geniş tərkibdə danışıqlar aparacaq.
Hər iki dövlət başçılarının iştirakı ilə Füzuli və Şuşa şəhərlərinə birgə səfərlərin, eləcə də digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.