Özbəkistan investorlarının Azərbaycandakı yenidənqurma işlərinə cəlb edilməsi arta bilərmi? Sergey Stankeviç ŞƏRH EDİR - ÖZƏL

Siyasət 17:30 23.08.2023
Qarabağda həyata keçirilən yenidənqurma işlərinə xarici dövlətlərin hökumətləri və investorları da cəlb olunub. Özbəkistan dövləti də həmin ölkələr sırasındadı.
 
Özbəkistan öz maliyyə dəstəyi ilə Füzulidə məktəb tikintisini həyata keçirib. Füzulidə inşa olunan məktəb Azərbaycanda olan ən böyük məktəblərdən biridir. Özbək hökuməti də qeyd edib ki, məhz bu məktəb Azərbaycan-Özbəkistan dostluğunun simvolu olacaq. Bununla Azərbaycan-Özbəkistan arasında münasibətlər və sıx əlaqələr başlamaqdadır. 
 
Özbəkistan prezidenti və hökumət rəsmilərinin Azərbaycana səfəri və bir sıra vacib sənədlərin imzalanması da baş tutub. İki ölkə arasında münasibətlər bundan sonra hansı istiqamətdə davam edəcək? Özbəkistan investorlarının Azərbaycandakı yenidənqurma işlərinə cəlb edilməsi arta bilərmi?
 
İki ölkə arasında münasibətləri şərh edərkən rusiyalı politoloq Ednews-a bildirib ki, irimiqyaslı nəqliyyat-logistika, ticarət-iqtisadi və investisiya layihələri gündəmə gətirilərsə, Azərbaycanla Özbəkistan arasında tərəfdaşlıq daha məhsuldar ola bilər:
 
“Özbəkistan bəlkə də Mərkəzi Asiyada və bütün postsovet regionunda inkişafında ən sabit, strateji cəhətdən davamlı ölkədir. Beynəlxalq analitiklərin nöqteyi-nəzərindən “Yeni Özbəkistanın 2022-2026-cı illər üçün İnkişaf Strategiyası” çox düşünülmüş və müasir görünür. Daşkənd Azərbaycanla münasibətlərini mərhələli şəkildə qurur. 2022-ci ildə strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın qurulması haqqında Bəyannamə imzalanıb. Bu il iqtisadi əməkdaşlığın intensivləşdirilməsi cəhdinin növbəti sırada olduğu görünür. 
 
Hələlik iki ölkə arasında ticarət əlaqələrini heyranedici adlandırmaq olmaz. Ötən il ticarət dövriyyəsi 181 milyon dollar təşkil edib və bu rəqəmi 1 milyard dollarlıq simvolik həddə çatdırmaq planlaşdırılır.Özbəkistanın aparıcı ticarət tərəfdaşı 9,28 milyard dollar (2022-ci il) dövriyyə ilə Rusiya, ikinci yerdə Çin və Qazaxıstandır. 
 
Azərbaycan və Özbəkistan arasında investisiya əlaqələri açıq şəkildə ticarətdən irəlidədir. Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 204 müəssisə fəaliyyət göstərir ki, onlardan 67-si birgə müəssisə, 137-si isə müstəsna olaraq Azərbaycanındır. Azərbaycan investisiyaları üçün coğrafiya maneə deyil. Amma ticarət üçün mümkün qədər tez nəqliyyat və logistika dəhlizləri yaratmaq lazımdır. Bakı və Daşkənd hər iki ölkəyə Cənubi Asiya bazarlarına birbaşa çıxış imkanı verəcək. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafında birgə iştirak etmək niyyətindədir.
 
“Coğrafiyanı fəth etməyin” başqa maraqlı yolları da var. 2023-cü ilin iyununda prezident Mirziyoyev Tehrana səfəri zamanı İranın Özbəkistan üçün Ərəb dənizindəki Çabahar limanına birbaşa çıxışı açmağa razılaşdı. Üstəlik, bu liman müqavilə əsasında yenidən qurulması və inkişafı üçün Özbəkistana veriləcək. Görünür, dənizlərə çıxışı olmayan Özbəkistan buna baxmayaraq dolayı yolla dəniz gücünə çevrilmək niyyətindədir. Bakı, bəlkə də, bu perspektivli ideyaya daha yaxından nəzər sala bilər.
 
Ümumiyyətlə, prezidentlərin şəxsi diplomatiyasından sonra irimiqyaslı nəqliyyat-logistika, ticarət-iqtisadi və investisiya layihələri gündəmə gətirilərsə, Azərbaycanla Özbəkistan arasında tərəfdaşlıq daha məhsuldar ola bilər”.
 
Nurlana
 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı