“Azərbaycan və Özbəkistan münasibətlərinin tarixi kökləri mövcuddur. Bizim əlaqələrimiz dünən, bu gün yaranmayıb. Özbəkistanla genetik əlaqlərimiz var. Dilimiz, kültürümüz, mədəniyyətimiz min illərlə bağlıdır”.
Bu sözləri Ednews TV-yə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Özbəkistanla Azərbaycan arasında münasibətlər haqda fikir bildirərkən deyib. Onun sözlərinə görə, müzəffər Azərbaycan ordusu 44 günlük müharibədə torpaqlarımızı azad etdiyi müddətdə də Özbəkistan bizə az dəstək vermədi.
“Qayıdış Proqramı başlarkən Azərbaycanın çağırışına dəstək verən ölkə də Özbəkistan oldu. Füzuli bölgəsində müqayisə olunmaz dərəcədə böyük bir məktəb inşa edilir. Biz onun açılış mərasimini fəxrlə izlədik”.
U.Mirəzyev bildirdi ki, cənab prezident İlham Əliyev də çıxışında söylədi ki, özünəməxsus təhsil sarayıdır:
“Sözün həqiqi mənasında bu məktəb minə yaxın şagird qəbul edəcək. Belə bir məktəb Daşkəndə də var. Prezident məktəbi adlanır. Çox sevindirici, qürurlandırıcı məqamdır. Həmçinin iki ölkə liderlərinin görüşündə önəmli sənədlər imzalandı”.
Ətraflı video-müsahibədən izləyə bilərsiniz: