Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin rəhbərləri arasında narazılıq yaranıb. Ruben Vardanyanla separatçıların hazırkı başçısı Arayik Arutyunyan arasında yaranmış ziddiyyət ikincinin istefa vermək niyyətində olmaması ilə bağlıdır.
Bundan başqa qeyd edilir ki, Qarabağ rejimi artıq Azərbaycan tərəfi ilə görüşə getməyə hazır olan heyət də yaradıb. Həmin heyət yaxın günlərdə, sabah və ya o biri gün Azərbaycan tərəfi ilə görüşə getməyə hazırlaşır. Böyük ehtimalla görüş Azərbaycanın Bərdə şəhərində baş tutacaq.
Son siyasi proseslərlə bağlı Ednews-a şərh bildirən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevin sözlərinə görə, erməni separatçılarının çevrəsi daraldıqca özləri özlərinin günahlarının miqyasını dərk edirlər. Həm də bilirlər ki, məsuliyyət, cavabdehlik və özünü duruya çıxartmaq məsələləri var:
“Ona görə də çalışırlar ki, mövqelərini möhkəmləndirələr. Laçın keçid məntəqəsinin açılmamağı, beynəlxalq məhkəmələr, BMT Təhlükəsizlik Şurası, o cümlədən dünya birliyi ermənilərin uydurma, yalandan yaratdıqları məsələlərə məhəl qoymadılar, əhəmiyyət vermədilər. Dünya birliyi təkcə Azərbaycanı sevdiklərinə görə yox, həm də ermənilərin son illərdə həyata keçirdikləri dağıdıcı və işğalçı siyasəti, Qarabağda törətdikləri vandalizmi bunların hamısı beynəlxalq ictimaiyyətə daha çox çatdırıldığı üçündür. İnsanlar artıq bundan məlumatlıdırlar. Beynəlxalq camiədə Azərbaycan öz haqlı mövqeyini qoruya və müdaifə etməyi bacardı. Ermənistan üçün alternativ yollar qalmadı. Yalnız o yolun alternativi Bərdə-Ağdam yoludur”.
U.Mirzəyev hesab edir ki, Ermənistan mümkün olan bütün variantları fikirləşir. Sadəcə biz o təxribatlara uymamalıyıq:
“Biz bu prosesi çox ustalıqla idarə etməyi bacarmalıyıq. Çünki torpaq bizim torpağımızdı, ədalət və diktə etmək imkanları da bizim tərəfimizdədir. Bütün bunları bilərəkdən çalışırlar ki, müxtəlif yollarla təxribat törətsinlər, beynəlxalq camiəyə hay-küy sala biləcək addımlar atısınlar. Hətta ermənilər elə bir siyasi teatr qura bilərlər ki, Azərbaycan da bu prosesin içində ola bilər və düşünə bilərlər ki, beynalxalq ictimaiyyətə də öz istədikləri məsələləri çatdırsınlar. Son 2-3 gündü Laçın sərhəd keçid məntəqəsinindən nə qədər rus pasportlu insanlar çıxıb getməkdədir. Bu prosesi əvvəldən hazırlayırdılar. Son anda baxıdlar, gördülər ki, bütün varinatları boşa çıxdı və sonda artıq yavaş-yavaş qapı açılıb. Tərk etmək zorundadılar. Bilirəm ki, o qapıya çoxlu Vaqif Xaçaturyanlar yaxınlaşacaq. O yoldan müxtəlif yollarla ölkəni tərk etməyə cəhd edəcəklər. Xankəndidə qalan adamların böyük əksəriyyəti Vaqif Xaçaturyan simasında olan insanlardır”.
Oğuz