Xəbər verdiyimiz kimi, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxslər üçün humanitar yardım göndərib. Erməni separatçılarının Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına hücumunun görüntüləri yayılıb. Erməni separatçıları sülhməramlılardan birinin guya azərbaycanlı olduğunu əsas gətirərək onlardan sənədləri göstərməyi tələb ediblər.
Son zaman baş verən siyasi proseslər fonunda Xankəndi uğrunda mübarizənin yeni mərhələsi artıq başlayıb.
Bu barədə Ednews-a açıqlama verən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev bildirib ki, dünənə qədər separatçıların vacib arqumentlərindən biri o idi ki, Xankəndi sakinləri blokadadırlar və göndərilən ərzaqın, yardımın qarşısı kəsilir:
“Azərbaycandan ərzaq maşınları yola düşdü. Artıq dünən axşam Xankəndidəki postda dayanmışdı, danışıqıqlar gedirdi. Bu arqumentlər bitdikcə separatçılar və onların ideolaogiyası ilə zəhərlənmiş ünsürlər nə etdiklərinin fərqində deyillər. Erməni separatçıları sülhməramlılardan birinin guya azərbaycanlı olduğunu əsas gətirərək onlara hücum ediblər. Bunlar əsilli köklü rus imperiyasına, insanına, ordusuna minnəatdar olmaq əvəzinə bu günləri rusiya orusudunu ittiham edir, onlara hücum çəkirlər”.
U.Mirzəyev qeyd etdi ki, separatçı erməni qüvvələri regiona sülhün gəlməsində maraqlı deyillər.
“Bu gün dünyada yalnız qalıblar. Separatçıların iç üzü bütün dünyada faş olub. Gündəmdə olan siyasi məsələlər zamana bağlı problemlərdir. Azərbaycanın yolu haqq yoludur. Hesab edirəm ki, dədə-baba torpaqlarımız öz insanını yaxın zamanlarda qəbul edəcək və Qarabağa əbədi barış, sülh gələcək. İnsanlar əmin amanlıqla yaşayacaq”.
Qeyd edək ki, Xankəndiyə yardım aparan TIR-lar Ağdam yolunda gözləməyə davam edir. Son məlumatlara görə, yardımın erməni əhalisinə çatdırılması ilə bağlı danışıqlar aparılsa da, hələ ki, nəticə yoxdur. Yardımı aparan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Ağdam yolunda çadır quraraq, gecələyiblər.
Oğuz