“Xeyli vaxtdır ki, Ermənistanın “humanitar şou”su Laçın sərhəd keçid məntəqəsinin yaxınlığında davam etməkdədir. Bu şounu körükləndirən, himayəndəlik edən, dəstək verən kifayət qədər qüvvələr var. Ermənistanın müxtəlif ölkələrdə olan lobbiləri tərəfindən, həm də onlardan istifadə edən, ona dırnaq arası dost olan ölkələr tərəfindən himayədarlıq edilir. Ona görə də bu cür provakasiyalar ara vermədən davam edir. Belə provakasiyalardan biri də Fransa hökumətinin ən yüksək dairələri tərəfindən həyata keçirilir. Bütövlükdə hesab edirəm ki, son 30 ildə Fransa zərrə qədər olsa dəsti-xəttini dəyişməyib. Onlar Minsk qrupunda çıxartdıqları oyunları bu gün də fərdi şəkildə davam etdirirlər. 30 ildə bu konfiliktin həll olunmamasında ən böyük günhakar dövlətlərdən biri də Fransa dövlətidir”.
Bu sözləri Ednews-a Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Fransanın Azərbaycana qarşı son addımları ilə bağlı fikir bildirərkən deyib. Onun sözlərinə görə, Fransa Cənubi Qafqazda barışın, sülhün olmağına meyilli deyil:
“Fransa bir çox ölkələrdə müstəmləkəçilik siyasəti yeridir. Fransa artıq öz mövqelərini itirməkdədir. Dünyanın müxtəlif ölkələrində itirdiklərini Cənubi Qafqazda bərpa etmək istəyirlər. Uzun illərdi Azərbaycanın Qarabağda olan təbii resurslarının sovurulmasında iştirak edən bir çox Fransa şirkətləri var. Təbii resurslarımızın dağıdılmasında bilavasitə dünya ölklərinin arasında fəallıq göstərən Fransadır.
Fransanın göndərdiyi humanitar yük gəldiyi kimi də yerində qaldı. Prezident İlham Əliyevə Makrondan zəng gəlmişdi. Çox güman ki, Makrona başa salındı ki, bu yardım məsələsi Fransaya baş ucalığı gətirməyəcək”.
U.Mirzəyev qeyd etdi ki, Fransa müstəqil ölkənin daxili işlərinə qarışmağa can atır:
“Fransaya bu ixtiyarı kim verib? Bu mənada çox nikbinəm. Düşünürəm ki, çox qısa vaxtda Xankəndinə humanitar maşınlarımız daxil olacaq. Qısa zamanda Şuşaya, eyni zamandaTərtərdən Kəlbəcərə gedən Ağdərəyə qədər olan nəqliyyatımız fəaliyyətini bərpa edəcək. Azərbaycan nömərələri ilə insanlarımız o yollarla hərəkət etməyə başlayacaq. Azərbaycanın da əsas məqsədi barışın, sülhün gəlməsi yönündədir. Sülhə əngəl olmaq istəyən qüvvələr öz işlərini görürlər. Onlar öz pisliklərindən əl çəkmirlər. 44 günlük müharibədə torpaqlarımızı bərpa etdik, indi də bilmək olmaz, 44 saatın içində məsələləri həll edə bilərik. Azərbaycan insanı artıq öz mövqeyində israrlıdır və heç kəs də arxayın olmasın ki, Azərbaycan nəyisə götür-qoy edəcək. Dünyanın əksər dövlətləri elə Rusiyanın özü də Azərbaycanın haqlı mövqeyinin fərqindədir”.
Qeyd edək ki, avqustun 31-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Görüş zamanı, Paris şəhərinin meri Ann İdalqo daxil olmaqla Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə “humanitar yük” adı altında Laçın sərhəd buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələrinin göndərilməsi və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirilməsi ilə bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.
Oğuz