Xəbər verdiyimiz kimi, Ermənistanın növbəti təxribatı nəticəsində ötən günlərdə hərbçilərimiz yaralanıb. Hazırda Ermənistanda vəziyyət xaosa doğru sürüklənir. Paşinyan hakimiyyətinin son illərində yürütdüyü "xaotik xarici siyasət"in qısa və obrazlı qısa izahı yalnız bundan ibarətdir.
Ermənistanda davam edən gərginlik Azərbaycana necə təsir edəcək? Sülh müqaviləsi nə yerdə qalacaq? İddialara görə, Arayikin istefasından sonra növbə Nikol Paşinyana çatıb.
Son hadisələrlə bağlı Ednews-a şərh bildirən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev qeyd etdi ki, Ermənistanın hazırkı durumu Paşinyanın hakimiyyətə gəldiyi dövrü xatırladır.
“Bu gün Ermənistan üçün elə bir dövrdür ki, onun nə rəhbərliyi, nə siyasi elitası, nə vətəndaş cəmiyyəti qurumları, nə də hakimiyyətdə söz sahibləri olan insanlar nə etdiklərini özləri də bilmirlər. Ermənistan 100 ildən çoxdur ki, Rusiyanın forpostudur. Onu yaradan qurumların demək olar ki, “üzünə ağ olmaq” siyasəti həyata keçirirlər. Bəlli deyil bu nə qədər zaman davam edəcək. Paşinyanın hakimiyyətdəki yarıtmaz fəaliyyəti Ermənistan dövlətinin mövcudluğunu təhlükə altına alır. Düşünmürəm ki, onun qərbə yaxınlaşması və Rusiyadan uzaqlaşması - bunlar düşünülmüş siyasətin nəticəsidir. Heç özləri də bilmirlər nə edirlər, nəticəsi nə olacaq”.
U.Mirzəyev hesab edir ki, Paşniyan hökuməti normal siyasətə, ideologiyaya söykənsəydi 44 günlük müharibədən sonra Cənubi Qafqaza barış, əmin-amanlıq gəlməsi üçün sülh müvaqiləsinin imzalanması üçün gündəmdə olan tələbləri, öhdəlikləri yerinə yetirməli və müqaviləyə qol çəkməli idi:
“Bununla da istər Xankəndi, istərsə də Ermənistanın digər bölgələri barış içində yaşaya bilərdi. Aparılan yanlış siyasətin nəticəsidir ki, Ermənistanda problemlər günü-gündən çoxalmaqdadır. Mitinqlər, çağırışlar, müxtəlif cəbhələrə bölünmüş qruplaşmalar Ermənistanın bir dövlət kimi diri qalmasına şübhələr oyadır. Arayik getdi, başqa Arayik olacaq, Paşinyan getdi, başqa bir Paşinyan olacaq, amma barışın, sülhün mövcudluğu üçün hesab edirəm ki, Azərbaycanın münasibəti, mövqeyi daha kəskin, daha ciddi münasibət olmalıdır. Hesab sorulmalıdır. Azərbaycan sərhədlərinin çərçivəsində baş verən hər hadisə ilə bağlı separatçı qüvvələrdən hesab soruşulmalıdır. Biz öz torpağımıza barışın gəlməsi üçün mümkün addımları atmalıyıq”.
Oğuz