“1991-ci ildən bu günə kimi 3385 azərbaycanlı Ermənistanın minalarının qurbanı olub”.
Ednews xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” (tvitter) hesabında yazıb.
“Ermənistan və qeyri-qanuni marionet xunta rejimi Ermənistanda istehsal olunan minaları “boz zona”nın hər perimetri boyunca yerləşdirməyə davam edir”, - Prezidentin köməkçisi qeyd edib.