İrəvanla Moskva arasında münasibətlər bir il əvvəl Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmadan sonra pisləşib. Bunun nəticəsi kimi Nikol Paşinyanın mediada Rusiyaya qarşı çıxışları daha da alovlandırıb.
Həmçinin Paşinyan Ermənistanı KTMT-dən də uzaqlaşdırmaq istəyir. Rusiya siyasi analitiklərinin fikrincə KTMT-dən çıxmaq Ermənistanı daha da acınacaqlı vəziyyətə salacaq.
Bundan sonra hadisələr necə cərəyan edəcək? Rusiya-Ermənistan gərginliyi fonunda Qafqazda nə kimi dəyişikliklər gözlənə bilər?
Mövzu ilə bağlı Ednews-a şərh bildirən politoloq Cümşüd Nuriyev deyib ki, faktiki olaraq Rusiya da başa düşür ki, Ermənistan onların maraqlarını satır. Uzun müddət idi ki, Rusiya telekanalları Ukrayna əleyhinə təbliğat aparırdı:
"Neçə gündür onlar istiqaməti dəyişiblər. Ermənistanın əleyhinə proqramlar yayımlanır. Çünki ermənilər harada güc görürsə, ora yönəlir. Bu tarixən də belə olub. Son 195 ildə Rusiya ermənilərin əli ilə bizə nə zülm etdiyini bilirik. Ona görə də, ermənilər sadəcə olaraq bu işdə alət rolundadır. Bu gün isə Paşinyan müstəmləkəçilikdən azad olmaq istəyir. Buna da Rusiya imkan vermir. Ona görə də, burada ya Paşinyanı öldürəcəklər, ya da devirəcəklər. Hazırda Ermənistandan gözlənilən nəticə budur. Sadə ermənilər isə həm Qarabağdan, həm də Ermənistandan sürətli çıxıb gedir. Onlar özləri üçün təzə vətən tapıb. Avstraliyaya axın edirlər. Gələn əsrdə yəqin ki, orada özlərinə “dövlət” yaratmaq istəyəcəklər".
Oğuz