"Ordumuz mülki obyektləri atəşə tutmayıb" -MN

Bəzi erməni sosial media resurslarında guya Azərbaycan Ordusunun bölmələrinin mülki obyektləri atəşə tutması barədə yayılan məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır. 

Bu barədə Ednews-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.  

“Bir daha bildiririk ki, bölmələrimiz tərəfindən mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır, yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır” – məlumatda qeyd olunub.