Mina terroru ilə bağlı BMT-yə müraciət ünvanlanıb

Siyasət 15:41 19.09.2023

Mina qurbanları, onların ailə üzvləri və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-yə birgə müraciət ünvanlayıb.

Ednews xəbər verir ki, müraciətdə deyilir:

"Biz Ermənistanın və onun hərbi birləşmələrinin Azərbaycan Respublikası ərazisində hələ də mövcudluğunu saxlayan tör-töküntülərinin, oyuncaq hərbi xunta rejiminin mina terrorundan əziyyət çəkən qurbanlar, onların ailə üzvləri, yaxınları, bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq, BMT-nin Baş katibi cənab Antonio Quterreşə, BMT Baş Assambleyasının prezidenti cənab Denis Frensis, BMT-nin İnsan Hüquqlan Şurasının prezidenti cənab Vatslav Baleka, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı cənab Volker Türkə müraciət edirik ki, 1991-ci ildən başlayaraq ötən dövrdə Ermənistan Azərbaycan ərazisində 1 milyondan çox mina basdırıb. Bu minaların sayı vaxtilə münaqişənin olduğu ərazidən məcburi köçkün düşən insanların sayını da üstələyir.

İşğaldan azad edilmiş ərazilərdə təmizləmə işləri nəticəsində bu günə kimi 95 minə yaxın mina və digər partlayıcı qurğular aşkar edilərək zərərsizləşdirilib. Bu, 100 mindən çox insanın ölümdən xilası deməkdir. Azərbaycan dövləti gecə-gündüz Ermənistanın basdırdığı minaları təmizləyir. Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş, ən çox mina qurbanı olan ölkələr siyahısındadır. Bu günə kimi Ermənistanın Azərbaycan xalqına qarşı mina müharibəsi nəticəsində 3393 nəfər azərbaycanlı mina hadisəsinin qurbanı olub. Onların 357 nəfəri uşaq, 38 nəfəri qadındır.

10 noyabr 2020-ci il Bəyanatından ötən 3 ilə yaxın müddətdə Ermənistan mina terrorunu bir gün də olsun dayandırmayıb. Əvvəlcə Ermənistan hakimiyyəti "mina xəritələri"nin olmasını dandı, daha sonra Azərbaycanın tələbi qarşısında guya bəzi "mina xəritələri"ni təqdim etdi, ancaq məlum oldu ki, onlar yalançı, saxta xəritələrdir, reallığı əks etdirmir.

10 noyabr 2020-ci ildən 19 sentyabr 2023-cü ilədək Qarabağ və Şərqi Zəngəzur ərazisində 314 nəfər azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan 61 nəfəri həlak olub, 253 nəfəri xəsarət alıb. Mina qurbanlarının 149 nəfəri mülki şəxs, 165 nəfəri hərbi qulluqçulardır.

Hələ də Ermənistanın göstərişi ilə Qarabağdakı hərbi xunta rejimi, onun diversiya qrupları Azərbaycan ərazilərinə minalar basdırır. Son sutka ərzində artıq 6 nəfər bu mina terrorunun qurbanı olub.

Bu dəhşətdir ki, XXI əsrdə Azərbaycan xalqı öz doğma torpağında mina qurbanları verir.

Biz Sizdən soruşuruq cənab Antonio Quterreş, cənab Denis Frensis, cənab Vatslav Balek, cənab Volker Türk, nəyə görədir bu qurbanlar? Niyə BMT Ermənistanın bu terror fəaliyyətini dayandırmaq üçün hərəkətə keçmir? Azərbaycan ərazisində nə vaxta qədər oyuncaq hərbi xunta rejimi, "boz zonalar" mövcud olacaq? Bu rejim ləğv olmalı, tərksilah edilməlidir.

Beynəlxalq qurumlar tez-tez ermənilər üçün Laçın yolundakı keçidin təmin edilməsinin vacibliyi barədə danışırlar. Niyə danışmırlar ki, 2020-ci ildən sonra həmin yoldan Azərbaycan ərazilərini minalamaq üçün nə qədər yeni istehsal edilmiş minalar keçirilib? 2021-ci il istehsalı olan minalar Azərbaycan ərazilərinə necə keçib? Bunlar niyə sual edilmir. Yalnız 2023-cü ilin aprelində Laçın postunun qurulması ilə bu halların qarşısı alındı.

Hamımız yaxşı bilirik ki, bu minalar nə üçündür. Köçkünlərin qayıdışını əngəlləmək, onları qorxutmaq, Qarabağda və Şərqi Zəngəzurda başladılan böyük quruculuq işlərinə hər vəchlə mane olmaq üçündür.

Hər bir mina qurbanının ailəsi faciə ilə üzləşir. Bu olduqca ağır dərddir, sağalmaz yaradır.

Biz bu yaraları daşıyan insanlarıq. BMT-dən, digər beynəlxalq təşkilatlardan, dünya dövlətlərindən tələb edirik ki, Ermənistanın bu hərəkətlərinə qiymət versin. Biz sülh və əmin amanlıq şəraitində, dinc yaşamaq istəyirik. Biz minasız dünya istəyirik!

Biz buradan dünyanın bütün tərəqqipərvər insanlarına səslənirik: Ermənistanın Azərbaycana qarşı şiddətlənən mina müharibəsinə, terror fəaliyyətinə etiraz səsinizi ucaldın!"

Müraciəti "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası" İctimai Birliyinin sədri Rey Qasımov, "Minalar əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev imzalayıblar.

Oğuz

1b4640a9-b483-448c-9073-40aeb2186e07.jpg

7dfd2aa0-5872-432d-9360-fc37bf4027b3.jpg

eebaced8-e68a-4baa-ae00-87eb7d842324.jpg


“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı