Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "politico.eu" saytına açıqlama verib.
Ednews xəbər verir ki, H.Hacıyev Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni hərbi birləşmələrinə qarşı keçirilən lokal xarakterli antiterror tədbirlərinin başlanması barədə danışıb.
O, məqsədin qanunsuz hərbi infrastrukturu zərərsizləşdirmək olduğunu deyib və əlavə edib ki, yerli erməni əhalisinə terrorla mübarizə tədbirləri barədə xəbərdarlıq edən SMS-mesajlar göndərilib.
“Onlardan qanuni hərbi hədəflərdən uzaq durmaq xahiş olunub”, - Hikmət Hacıyev bildirib.