Qarabağa aid yaşayış məntəqələrində erməni adları “Google Maps”dən silinib.
Ednews xəbər verir ki, Stepanakerti Xankəndi olaraq dəyişib. Eyni zamanda xəritədə “Akna” əvəzinə “Ağdam”, “Varanda” əvəzinə “Füzuli”, “Kovsakan” yerinə “Zəngilan” və “Karvaçar” əvəzinə “Kəlbəcər” yazılıb.
Qeyd edək ki, Azərbaycan tərəfi ötən il “Google” şirkətinə rəsmi müraciət edərək toponimlərin dəyişdirilməsini tələb etmişdir.
Oğuz