Qarabağdakı qanunsuz rejim ermənilərə müraciət edib.
"Bütün əhali Ermənistana köçənə qədər biz sizi mənzillərinizi, mağazalarınızı və digər mühüm obyektlərinizi yandırmamağa çağırırıq. Bu çətin dövrdə məsuliyyətli olun və təhlükəsizlik qaydalarına əməl edin".
Separatçı rejim artıq sonun olduğunu bilir, yoxsa bu onların növbəti ikiüzlülüyüdür?
Bu barədə Ednews-a şərh bildirən politoloq, sabiq diplomat Fikrət Sadıqovun sözlərinə görə, separatçı rejimin belə bir bəyanatı böyük bir etirafdır:
“Etiraf ondan ibarətdir ki, bunlar demək olar özləri öz evlərini yandırmaqda heç kəsi günahlandırmasınlar. Azad olunmuş torpaqlarda olan evləri yandıran da onlar olub. Bizim mülkümüzü dağıdan, özləri ilə aparan elə ermənilər olub. Digər tərəfdən görünür, böyük bir ümidlə yaşayırlar. Ümid edirlər ki, onlar öz yerlərinə qayıdacaq və evlərində yaşayacaqlar. Bütün bu məsələlər onların xeyrinə həll olunacaq. Təbii ki, Azərbaycan buna etiraz etmir. Kim istəsə qayıda bilər. Ancaq dinc, normal formada yaşasınlar. Azərbaycan Konstitutyasının normalarına əməl etsin. Bu halda onların öz torpaqlarımızda yaşamasına heç vaxt etiraz etməyəcəyik”.
Oğuz