ABŞ və Britaniya diplomatiyasının keçmiş və müasir dövrdə uğurlu olmasının əsas səbəbi faktiki icraedicilikdən savayı qanunvericilik və nəzarət sistemi güclüdür. Məqalədə bu ölkələrinin xarici siyasətinin təsirindən daha çox idarə mexanizmi və strukturu qeyd olunur.
Britaniyada diplomatlar dövlət kursunun həyata keçirilməsində çoxşaxəli mövqe tuturlar, hökumət xarici siyasət qərarlarının hazırlanması zamanı mütləq diplomatların fikirləri nəzərə alınır, bu xidmət Əlahəzrətin(monarxın) diplomatik xidməti adlanır. ABŞ-da isə əksinə, diplomatlar xarici siyasət kursunun həyata keçirilməsində mühüm vasitələrdən biri hesab olunurlar. ABŞ prezidenti professional diplomatların, dövlət deparatamenti rəhbərlərinin və xaricdəki səfirlərin fikrini nəzərə ala da bilər, almaya da.
Bu xidmət ABŞ Xarici Xidməti adlanır. ABŞ-da yeni seçilən prezident mərkəzi diplomatik idarənin başçısını (dövlət katibini),onun müavinlərini, aparıcı operativ bölmələrin rəhbərlərini, səfirlərin yarıdan çoxunu yenisi ilə əvəz edir.
Ümumilikdə ABŞ-da diplomatik nümayəndəliklərin 3-də ikisi karyer diplomatlarıdır, qalanları siyasi cəhətdən təyin olunurlar ki, onlar da siyasi partiyalara seçkilərdə qələbə qazanaraq hakimiyyətə yaxın olan şəxslər, dövlətin şəxsi etimadını qazanan şəxslərdirlər.
ABŞ-da ilk diplomatik institutlar birbaşa diplomatik nümayəndəliklər idi. Onlar uzun müddət qanunverici hakimiyyətə tabe olub, icaredici strukturlara deyil. 1789-cu il Konstitusiyasına görə xarici işlər departamenti dövlət departamentinə çevrildi və prezidentə tabe oldu.
Həm Böyük Britaniya, həm ABŞ-da xarici siyasətin əsas istiqamətləri digər dövlətlərlə siyasi münasibətlərin qorunub saxlanılması, beynəlxalq təşkilatların işində və qlobal xarakterli məsələlərin həllində yaxından iştirak etmək, beynəlxalq ictimaiyyəti öz ölkəsində baş verən hadisələr barədə xəbərdar etmək, ingilis dilinin yayılması, xaricdə öz vətəndaşlaının maraqlarını qorumaq və s kimi proseslərdən ibarətdir.
ABŞ Dövlət Departamenti xarici siyasət səlahiyyətlərini digər orqanlarla birgə həyata keçirir -Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Şurası, Mərkəzi Kəşfiyyat İdarəsi, Konqress, Ağ Ev aparatı və Sahəvi nazirliklər. Bu idarələr ABŞ prezidentinin xarici siyasət qərarlarına təsir etməklə yanaşı, dövlət departamenti və xaricdəki diplomatik nümayəndəliklərdə kadrların yerləşməsini də təyin edə bilirlər.
Dövlət departamentinə dövlət katibi, ümumnazirlik məsələləri üzrə I müavini, 5 I nazir, 16 müavin, ondan çox direktor vəzifəsi daxildir. Hazırda ABŞ-ın 160 dövlətdə 260 diplomatik və konsulluq idarələri var.
İnsanlar siyasətə necə daxil olur...
ABŞ-da da professional diplomatik xidmət kadrları, Britaniyada olduğu kimi qəbul imtahanları verməklə açıq konkurslar əsasında seçilir. ABŞ Xarici xidmət orqanlarına qəbul 1980-ci ildən bəri bərabər imkanlar prinsipi əsasındadır.
Belə ki, kadr tərkibi müəyyən edilərkən tək bilik, qabiliyyət və mədəni səviyyəsi əsas olmaqla yanaşı, tələb olunur ki, aparatda cəmiyyətin bütün təbəqələri və əhalinin etnik qruplarıda iştirak etməlidir.
Həmçinin onlara bir sıra güzəştlər edilir. Məsələn, ABŞ-da asiya və latın amerika mənşəli vətəndaşla, hindu və eskimoslar yazılı imtahandan azad ediliblər. Onun əvəzinə ali məktəbi bitirərkən aldığı qiymətləri təqdim edir.
Dövlət departamentinin özünün elmi mərkəzi var-ABŞ Xarici Xidmət İnstitutu var. Karyeraları boyunca diplomatlar bu İnstitutda, univeritetlərdə və elmi-mədəni mərkəzlərdə hazırlıq və təkmilləşmə keçirlər. ABŞ-ın xarici xidmət haqqında qanununa görə, karyer diplomatı 15 illik iş fəaliyyətinin 3 ilindən az olmayaraq, öz dövlətində qulluq etməlidir: dövlət departamentində, Xarici Xidmət İnstitutunda, universitetlərdə, akademiyalarda, və ya özəl sahədə geniş beynəlxalq əlaqələri olan böyük şirkətdə.
İlkin təlim kursu bütün diplomatik qulluqçular üçün önəmlidir.
Bura ümumi istiqamət elementləri (təşkilatla tanışlıq və diplomatik işin aparılması metodları, sənədlərlə, həmçinin informasiya texnologiyaları ilə işləmə vərdişləri daxildir.
Britaniyada Siyasətin İdarə strukturun tarixi.......
XIV əsrin sonlarına qədər bütün xarici işlər monarx tərəfindən həll edildi. 1377-ci ildə, monarx xarici işlər ilə məşğul olmağı, digər şeylər arasında ona həvalə edərək, bir katib təyin etdi. 1540-cı ildə Henry VIII Tudor diplomatik tapşırıqları yerinə yetirmək üçün xüsusi olaraq iki katib seçdi. 1660-cı ildə onlardan biri Şimal Departamentinin Dövlət katibi (Alman dövlətləri, Hollandiya, Rusiya da daxil olmaqla bir sıra digər İskandinav ölkələri ilə əlaqələr), digəri isə Cənub Departamentin Dövlət katibi (Katolik dövlətləri) Qərbi Avropa, İsveçrə, Osmanlı İmperiyası və digərləri). Katiblərin müavinləri və kiçik bir məmur heyəti var.
III Vilhelm (1689-1702) dövründə peşəkar diplomatik aparatın təməli atıldı. Diplomatik vəzifələrə təyin olunarkən kral müraciət edənlərin beynəlxalq təcrübəsini, biliklərini və iş keyfiyyətlərini nəzərə alırdı. Londondakı dövlət idarələri ilə xarici nümayəndəliklər arasında yazışmalar müntəzəm xarakter alır və ilk ümumiləşdirmək və şərh etmək xüsusi proses aparılır.
İngilis diplomatiyasını inkişaf etdirmək yolundakı növbəti mərhələ 1782-ci ildə - Xarici İşlər Nazirliyinin yaradılması idi. 1795-ci ildə bütün diplomatik kadrların inzibati idarəetmə vəzifələrinin eyni vaxtda yerinə yetirilməsi ilə Xarici İşlər
Nazirliyinin rəhbərinin daimi müavini vəzifəsinin yaradılması kadrlara bölünməsinin əsasını qoydu.
Səfir təyin edərkən monarxın sözü həlledici idi. Lakin 20-cu əsrin 2ci rübündə vəziyyət dəyişdi.
1946-1949-cu illərdə Britaniyada "Eden-Bevin islahatı" aparılır, buna uyğun olaraq vahid kadr diplomatik xidməti yaradılır (səfirliklərin və konsulluqların işçiləri birləşdirilir). Hazırda isə giriş imtahanları müstəqil Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən aparılır.
Xəyal Ramiz