İrəvanın bir yolu var: Bakı ilə... – Asatryandan sensasiya

Siyasət 18:09 02.10.2023

Ermənistan heç kimə lazım deyil, İrəvan Bakı ilə dil tapmalıdır. İndi deyəcəklərim yəqin ki, ilk baxışdan çox xoşagəlməz səslənəcək. Amma sərt həqiqət hər yalandan qat-qat yaxşıdır, hətta bu yalan çox şirin olsa belə. Təklif edirəm ki, indi dediklərimin hamısı Ermənistan dövlətinin gələcək inkişafı konsepsiyaları üçün əsas götürülsün.

Ednews xəbər verir ki, bunu KUPOL beynəlxalq əməkdaşlığa dəstək fondunun Himayəçilər Şurasının sədri Sərkis Asatryan deyib.

“Birincisi, aydın başa düşməliyik ki, qonşularımız: Azərbaycan və Türkiyə yaxın onilliklərdə “bir millət, iki dövlət” prinsipi əsasında birliklərini möhkəmləndirəcəklər. Türkiyə ilə Azərbaycanın müttəfiqlik baxımından ortaq cəhətləri çoxdur. Bu, ilk növbədə, dildir, ikisi də türkdür; bu, din amilidir, bu ümumi mentalitet faktorudur. Həm də vacib olan geosiyasi, geostrateji maraqlardır. Aydın şəkildə başa düşməliyik ki, Türkiyə və Azərbaycan təbii müttəfiqdir. Azərbaycan isə başqa bir müttəfiqlik, məsələn, Rusiya ilə müttəfiqlik naminə Türkiyənin müttəfiqliyindən heç vaxt imtina etməyəcək. Türkiyə və Rusiya tərəzidə olsa, Azərbaycan eyni dildə danışdığı üçün mütləq Türkiyəni seçəcək. Onlar bir millətdir, onilliklər ərzində ümumi etnik qrupun formalaşmasına doğru irəliləyirlər. Ermənistan Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Pakistanın yeni güclü iqtisadi, eləcə də hərbi-siyasi birlik yaradacağını dərk etməlidir. Bu qaçılmazdır. Bu bir faktdır.

İkincisi, rus və erməni xalqlarının üç yüz illik dostluğu, şübhəsiz ki, qiymətsizdir. Amma Rusiya ən azı regional güc olmaqla heç vaxt öz maraqlarının zərərinə hərəkət etməyəcək. Kreml Ermənistanla münasibətləri naminə Türkiyə və Azərbaycan əleyhinə getməyəcək. Yəni tərəzidə Ermənistan-Rusiya münasibətləri var, Rusiya-Türkiyə əlaqələri var, Rusiya-Azərbaycan münasibətləri var. Rusiya isə bu üç tərəzidən Ermənistan-Rusiya əməkdaşlığının xeyrinə seçim etməyəcək, çünki Rusiyanın öz maraqları var. Heç bir halda inciyib, kin tutmayaq ki, nə üçün Rusiya Türkiyədə və ya Azərbaycanda öz maraqlarından əl çəkib Ermənistanın maraqlarını qorumur.

Üçüncüsü, dərk etməliyik ki, qonşu seçilmir, qonşu heç yerə getməz. Ermənistan isə dörd qonşu ilə əhatə olunub. Onların hamısı Ermənistandan qat-qat böyük və güclüdür. Bura Azərbaycan, İran, Türkiyə, Gürcüstan daxildir. Bunlar qonşulardır. Qonşularla dost və ya neytral münasibətdə olmaq düşmənçilik etməkdən daha yaxşıdır.

Əbəttə ki, hücum zamanı müharibəyə hazır olmaq lazımdır. Amma nifrət nitqi keçmişdə qalmalıdır. Evdə heç bir işi olmayan, qonşularına, o cümlədən türklərə və azərbaycanlılara qarşı nifrət və ksenofobiya qızışdırmaq istəyən kreslo mütəxəssisləri praqmatik deyillər. Azərbaycanlılarla ortaq dil tapmalıyıq. Müharibə müharibədir, amma müharibədən sonra biz özümüzü dərk etməliyik və nifrətin kökünü kəsməliyik. Təklif edirəm ki, Bakı və İrəvan parlamentləri səviyyəsində Azərbaycan və Ermənistanda nifrətin qadağan edilməsi haqqında qanun layihəsi və eyni vaxtda qanun qəbul edilsin”, - o bildirib.

Asatryan qeyd edib ki, Ermənistan bir sıra səbəblərdən heç bir hərbi-siyasi blokun, xüsusən də NATO-nun marağında ola bilməz:

“Başqalarının adını belə çəkməyəcəyəm, çünki Türkiyə NATO blokunun bir hissəsidir. Türkiyə ordusu NATO-nun ikinci ordusudur. Şimali Atlantika hərbi-siyasi bloku hansısa maraqlarda, bütün digər layihələrdə, proqramlarda Türkiyə tərəfinin maraqlarını nəzərə almadan addım ata bilməz. Bu, acı həqiqətdir. Səfirliklərə gedən o 300-500 dollarlıq kukla fiqurların hamısı bu erməni pulunu alır, NATO-da dəbdəbəli gələcək təklif edir və s. Görün, neçə onilliklərdir ki, Türkiyənin maraq zonasına daxil olmayan digər ölkələrə belə bir perspektiv vəd edilib. Həmçinin Gürcüstan, Ukrayna ilə nə baş verdi? Amma onlar Türkiyənin maraq zonasına daxil deyildi. Hansı perspektivdən danışa bilərik? Bütün bunlar dövlətçiliyimizi sadəcə məhv edəcək ucuz vədlərdirsə, Ermənistanın NATO-ya daxil olmasının perspektivi nədir? Texniki cəhətdən də bu mümkün deyil. Bu, acı həqiqətdir”.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı