Ukrayna və İsveç təhlükəsizlik zəmanəti ilə bağlı danışıqlara başlamaq barədə razılığa gəliblər.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat yayıb.
"İsveçli həmkarımla söhbət zamanı G7 Vilnüs Bəyannaməsinə uyğun olaraq, təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli Ukrayna-İsveç sazişi üzrə danışıqlara başlamağa razılaşdıq", - deyə Kuleba qeyd edib.