Rusiya Prezidenti Vladimir Putin “Valday” klubundan çıxışında erməni əsilli milyarder Ruben Vardanyanla bağlı açıqlama verib.
Ednews xəbər verir ki, Kreml rəhbəri Vardanyanın şəxsən Rusiya vətəndaşlığından imtina etdiyini bildirib.
Qeyd edək ki, “Laçın” sərhəd-keçid məntəqəsi vasitəsilə ölkəmizi tərk etməyə çalışan rusiyalı milyarder, Qarabağda separatizmi və terrorçuluğu maliyyələşdirən Ruben Vardanyan saxlanılıb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edib.