“Qarabağda qeyri-qanuni erməni silahlı birləşmələri tərkisilah olunub, qondarma qurum özünü buraxıb və Azərbaycan bölgəni tamamilə nəzarəti götürüb. Buna görə də Moskva oradakı sülhməramlıların taleyini ancaq Bakı ilə müzakirə etməlidir”.
Bu sözləri Ednews-a politoloq Oqtay Qasımov rus sülhməramlıları ilə bağlı fikir bildirərkən deyib. Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin İrəvana səfərinin məqsədi, hələ tam olaraq dəqiq məlum deyil, yəqin ki, onlar erməni tərəfinə bölgədəki ümumi vəziyyət haqqında məlumat vermək üçün gediblər:
“Zatən Ermənistanın hər hansı münasibətinə də ehtiyac yoxdur. Onsuz da Paşinyan hakimiyyəti bu məsələ barədə münasibətini, hətta narazılığını bildirib. Erməni tərəfi hesab edirdi ki, rus sülhməramlıları Azərbaycan Ordusu ilə vuruşmalı idilər. Hesab edirəm ki, bu gün ən vacib mövzu rus sülhməramlılarının bölgəni tərk edib-etməməsi yox, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması və Qarabağdakı ermənilərin reinteqrasiyası məsələləri ilə bağlıdır. Bu məsələlər öncə bir mərhələyə çatmalıdır və öz həllini tapdıqdan sonra rus sülhməramlılarının məsələsinə baxmaq olar.
Onsuz da bu məsələ nə zamansa öz həllini tapacaq. Bir məqamı da diqqətdən qaçırmamalıyıq ki, indiki durumda Qərb bloku, xüsusilə də Fransa sülhməramlıların Qarabağdan çıxmasını və bu bölgədə BMT-nin mandatı altında beynəlxalq sülhməramlı qüvvələrin yerləşməsini istəyirlər. Bu səbəbdən bu məsələ ölkəmizin siyasi gündəliyində o qədər də əsas mövzu olmamalıdır”.
Rusiya sülhməramlılarının anklavlarda yerləşməsi ehtimalına gəlincə, O.Qasımov bunun yalnız nəzəri baxımdan mümkün olduğunu bildirib:
“Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanarsa, iki ölkənin sərhədlərinin delimitasiyası həyata keçirilərsə və iki ölkənin bir-birinə qarşı etimadı yaranarsa, sülhməramlılarının bizə məxsus olan anklavlarda yerləşməsinə gərək qalmaz. Bu təklifi irəli sürənlər hesab edə bilərlər ki, iki ölkə arasında qarşılıqlı etimadın yaranacağı müddətə qədər rus sülhməramlıları anklavlarda fəaliyyət göstərə bilərlər”.
Oğuz
Politoloq: “Rus sülhməramlıları anklavlarda fəaliyyət göstərə bilərlər”

DİGƏR XƏBƏRLƏR
HamısıGünün xəbərləri