Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri, ölkəmizin NATO-dakı səfiri Cəfər Hüseynzadə Mövlud Çavuşoğlu ilə görüşüb.
Ednews xəbər verir ki, bu barədə səfir Hüseynzadə “X“ platformasında yazıb.
“6-9 oktyabr tarixlərində Danimarkanın paytaxtı Kopenhagen şəhərində işinə başlamış NATO Parlament Assambleyasının (PA) 69-cu illik sessiyası çərçivəsində Türkiyə Parlamentinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri və sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşməkdən böyük məmnunluq hissi keçirdim”, - Cəfər Hüseynzadə qeyd edib.