III Dünya Müharibəsi BAŞLANA BİLƏR? – İctimaiyyət arasında SORĞU

Siyasət 16:00 10.10.2023

Son zamanlar dünyada baş verən hadisələr, geosiyasi reallıqlar, kütləvi etirazlar, iqtisadi böhranlar bəşəriyyəti naməlum tunelə doğru aparır. Bir yanda HƏMAS-İsrail, digər yanda Ukrayna-Rusiya müharibələrinin gedişatı III Dünya Müharibəsini gətirib çıxara bilərmi?

Ednews bu barədə tanınmış ictimai şəxslərin fikirlərini öyrənib. Cavabları təqdim edirik.

Millət vəkili Etibar Əliyev:

1656569564_news_202205170148291689007497.jpg

“III Dünya Müharibəsi demək olar ki, başlayıb. İsrail-Fələstin müharibəsi də bunun bariz nümunələrindəndir. Dünya müharibələrinə miqyasına görə qarışısına rəqəmlər qoyurlar. Hər halda qeyd etdiyim müharibə çox geniş miqyas ala bilər. İranda sərhədə qoşun yığır. Bəzi mənbələrdə deyilir ki, İran Fələstini silahla təmin edir. Bu barədə tarixçilər də sözünü deməlidir. HƏMAS İsrailə qarşı müharibə açıb. Ancaq görsənir ki, bu elə də sadə müharibə deyil. Düşünürəm ki, əvvəlki müharibələrə baxanda miqyasına görə İsrail-Fələstin müharibəsi böyükdür. Hər halda gözləyək görək nələr olacaq”.

Millət vəkili Fazil Mustafa:

1669708737_401551.jpg

"Xeyr. İmkansız. Lokal müharibələrdir. Necə deyərlər, nəzarət olunan müharibələr. Dünya ziddiyətlərin o həddinə hələ gəlməyib".

Politoloq Fikrət Sadıqov:

1641454520_588.jpg

“Elə III Dünya Müharibəsinin başlanmasının simptomları göz qabağındadır. Artıq bir çox regionlarında müharibə gedir, toqquşmalar var. İsrail və Fələstin dövlətlərini dəstəkləyən, tənqid edən qüvvələr var. Eyni zamanda Ukrayna-Rusiyanı da nəzərdə tuturam. Burada da döyüşlər pik vəziyyətə çatıb. Azərbaycan Ermənistanla üzləşib və onun havadarları da əllərindən gələni edirlər ki, Cənubi Qafqazda sülh yaranmasın. Real mənzərə budur. Əgər vaxtı ilə bir sıra koalisiyalar təşkil olunurdusa, bir-biri ilə vuruşurdusa, indi bu müharibələrin xüsusiyyətləri, xarakterləri dəyişib”.

Azad Vətən Partiyasının sədri Akif Nağı:

akif_nagi_qat.jpg

“Dünyada yeni düzənin formalaşması prosesi gedir. Qüvvələr nisbəti dəyişir, yeni güc mərkəzləri yaranır. Üçüncü Dünya Müharibəsi faktiki olaraq gedir. Müharibə tərəfləri öz ərazilərində deyil, başqalarının torpaqlarında savaşa üstünlük verir”.

Politoloq Zərdüşt Əlizadə:

1668762303zerdust.jpg

“III Dünya müharibəsi mümkün deyil. Niyə? Ona görə ki, nüvə dövlətləri arasında müharibə baş versə və adi silahlardan istifadə etməklə bir tərəf digər tərəfə üstün gəlsə, bu zaman uduzan tərəf nüvə silahı tətbiq edəcək. Sözsüz ki, qarşıdakı dövlət də eyni addım atacaq. Bundan sonra nə olacaq? Adi silahlarla gedən müharibə dönüb olacaq nüvə-raket müharibəsi. Bunun da nəticəsində bəşəriyyət məhv olacaq. İstər Hind-Sakit okean regionunda, istər Yaxın Şərqdə, istərsə də Cənubi Qafqazda III Dünya müharibəsinin başlama ehtimalı sıfıra bərabərdir.

Əgər dövlətlər və insanlar məhv olmaq istəmirlərsə, dünya müharibəsi olmayacaq. Yox, əgər hansısa başdanxarab nüvə silahının düyməsini basarsa, raketlər uçar, bombalar partalayar və Yer kürəsi məhv ola bilər. Bu halda kimin yarım saat gec və ya tez ölməsinin əhəmiyyəti qalmayacaq”.

Oğuz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı