“Türkiyədə qaz qovşağı layihəsi birinci mərhələdə qazın Avropaya ticarəti üçün elektron platformanın yaradılmasını nəzərdə tutur”.
Ednews xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rusiya enerji həftəsi”nin plenar iclasında çıxışı zamanı deyib.
"Avropada Rusiya resurslarını əldə etmək istəyən hər kəs bu layihə ilə maraqlanır, Azərbaycan da qaz qovşağına maraq göstərir. Türkiyə də maraqlıdır, eləcə də biz maraqlanırıq. İşlər yaxşılaşdıqca, ümid edirəm ki, digər maraqlı dövlətlərin də işə qarışacağını ümid edirik", - deyə Putin qeyd edib.