Rusiya prezidenti Vladimir Putin Misirin "Al-Ghad" kanalına müsahibəsində Yaxın Şərqdə baş verən proseslərdən danışıb.
Ednews xəbər verir ki, onun fikirlərinə görə hazırda alına biləcək ən ideal qərar BMT TŞ - nın keçmiş qərarlarına qayıtmaqdır:
"Keçirdiyimiz sessiyada da qeyd etdiyim kimi hazırda proses olduqca gərgindir. Fələstin ilk öncə hərbi üsula əl atmaq yerinə müəyyən bəyənatlar verməli idi. Lakin İsrailin regiondakı siyasətini də nəzərə alsaq onların hərbi yola əl atmasını anlaya bilirəm. Hazırki situasiyada alına biləcək ən uyğun qərar, BMT Təhlükəsizlik Şurasının region üçün keçmişdə qəbul etdiyi qərarları tətbiq etməkdir. Doğrudur bu qərar olduqca mürəkkəb və həsassdır, fəqət çarə hazırda bunu tətbiq edərək mülki əhali itkilərini minuma endirməkdir. Çünki münaqişə çox ani şəkildə baş verib, olduqca ehtiyatlı yanaşılmalıdır. Münaqişə uzandıqca sözsüz mövcud beynəlxalq aləmə də öz təsirini göstərəcək".
Müsahibənin davamında müxbirin: "ABŞ donanmasının İsrail sahillərinə gəlməsini necə qiymətləndirirsiniz?", sualına cavab olaraq Rusiya başçısı qeyd edib ki, münaqişəyə hərbi baxımdan müdaxilə etməyin mənasını anlamıram.
“Fikrimcə indi ərazini raket zərbələrinə tutmaqdansa, məsələnin diplomatik tərəfi ilə məşğul olmalıyıq. Döyüşləri dayandırmalı, tərəfləri danışıqlara sövq etmək lazımdır. Rusiya münaqişənin sülh yolu ilə həllində iştirak edə bilər lakin Qərb buna imkan vermir".
Əkbər