Çin prezidenti Si Tsinpin və Rusiya prezidenti Vladimir Putin arasında bu həftə Pekində görüş baş tutacaq.
Ednews CNN-ə istinadən xəbər verir ki, qlobal sabitliyin get-gedə pozulduğu bu vaxtlarda iki güclü ölkə arasında Ukrayna müharibəsinin gedişatı və iqtisadi əlaqələrin müzakirəsi gözlənilir.
Rəsmi Pekin bu barədə artıq ABŞ-ın demokratik sistemi ilə idarə olunmayan yeni dünya sistemində Çin və Rusiyanın təsirinin güclənəcəyini bildirib.
Görüşdə həmçinin, İsrail-Həmas münaqişəsinin Yaxın Şərqdə yarada biləcəyi daha böyük potensial münaqişənin gündəmə gətiriləcəyi gözlənilir.
Çin prezidenti Si Tsinpin ölksinin 10 illik qlobal infrastruktur proqramına da iki günlük diplomatik görüşdə aydınlıq gətirəcək.
Fərid Axundov