Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib.
Ednews xəbər verir ki, o, özünün “X” hesabında bununla bağlı paylaşım edib.
“Qədim qardaşlıq bağlarımız olan Can Azərbaycanın 32-ci Müstəqillik Gününü ürəkdən təbrik edir, Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına uğurlarla dolu firavan günlər arzulayıram”, - deyə Tatar qeyd edib.