Moskvada səfərdə olan HƏMAS nümayəndələrinin Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılmayıb.
Ednews xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.
“Xeyr, XİN xətti ilə təmaslar olacaq”, - deyə o, jurnalistin sualına cavabında bildirib.
Qeyd edək ki, HƏMAS nümayəndə heyəti Moskvada səfərdədir.