Türkmənistanla ticarət həcminin 3 dəfə artdığını bildirən Türkiyənin Aşqabaddakı səfiri Oral Türkmənistanın Türkiyə ilə Azərbaycan arasındakı inkişaf dəhlizinə qoşulması üçün Berdiməhəmmədova təklif edildiyini açıqlayıb.
Ednews haber7.com nəşrinə istinadən xəbər verir ki, Türkiyənin Aşqabaddakı səfiri Toqan Oral Türkmənistanla Türkiyə arasında ticarət həcminin son 4 ildə 3 dəfə artdığını bildirib.
Səfir Oral paytaxt Aşqabadda keçirdiyi mətbuat konfransında Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun Türkiyəyə rəsmi səfərini və iki ölkə arasındakı əlaqələri dəyərləndirib. Mətbuat konfransında ünsiyyət məsləhətçisi Hayrettin Bektaş və mətbuat mənsubları iştirak edib.
Türkiyə ilə Türkmənistan arasında ikitərəfli ticarət həcminin xüsusilə son illərdə ciddi sürət qazandığını bildirən Oral, 5 milyard dollarlıq ticarət həcmi hədəfinə ən qısa zamanda çatmağı və sonra onu iki qat artırmağı hədəflədiklərini söylədi.
Dekabrın 6-8-də Aşqabadda Türkiyənin ixrac məhsulları sərgisinin keçiriləcəyini xatırladan Oral, Berdiməhəmmədovun təklifi ilə vitse-prezident Cevdet Yılmazın Türkiyə-Türkmənistan Hökumətlərarası İqtisadi Komissiyasının (HEK) iclasının da Aşqabadda keçiriləcəyini bildirib.
Xəyal Ramiz