İsrailin Cibaliyə düşərgəsinə (Qəzza) hücumunu lənətləyirik.
Ednews xəbər verir ki, bu sözləri Türkiyənin hakim İnkişaf və Ədalət Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.
“İsrail ordusuna hər hansı qırmızı xətt bildirmirik" deyənlər bu qətliamı təşviq etdilər”, - deyə sözçü bildirib.
Qeyd edək ki, İsrail ordusunu Cibaliyə düşərgəsinə hücumu nəticəsində azı 100 dinc sakin həlak olub.