Müharibə və oyunçular: Yaxın Şərqdə açılan YENİ CƏBHƏNİN PƏRDƏARXASI MƏQAMLARI

Siyasət 16:45 02.11.2023

Livan hökuməti İsraildən 5 günlük atəşkəs istəyib, əks halda müharibəyə gedəcəklərini açıqlayıb. Bunun ardınca İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna zərbələr endirib. Daha əvvəl isə Yəmən rəsmən İsrailə müharibəyə qoşulduğunu elan edib. Bundan başqa Ərdoğan İranın XİN başçısını qəbul edib. Yaxın günlərdə İran prezidenti də Qəzza məsələsi ilə əlaqədar Türkiyəyə rəsmi səfər edəcək.
İsrailin baş naziri Benjamin Netenyahu isə müharibənin uzun çəkəcəyini açıqlayıb. Bu vəziyyətdə hadisələr hansı istiqaməti alacaq? Müharibəyə  yeni oyunçular daxil olurmu? Həqiqətənmi İsrail-Həmas arasında baş qaldıran münaqişə dünyanı çoxqütbə böləcək? 

Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza hadisələrin olduqca gözlənilməz şəkildə cərəyan etdiyini və belə bir gərgin vəziyyətdə dövlətlərin necə reaksiya verəcəyini ön görməyin qeyri-mümkün olduğunu deyib.

“Hazırda dünyada baş verən hadisələrin bütününü nəzərə alsaq deyə bilərik ki, baş verənlər tamamilə gözlənilməzdir. Gələcəyə yönəlik baş verə biləcək hadisələrin fərziyyəsi isə aldadıcı ola bilər. İsrail ordusu hər dəfə fələstinli mülki əhaliyə hücum zərbəsi endirdikdə ölkənin beynəlxalq nüfuzu sarsılır. ABŞ prezidenti Co Bayden Fələstinə humanitar yardım göstərmək üçün ölkə rəsmilərinə müraciət edib. İnsanların Qəzzadan Misirə təhlükəsiz evakuasiya edilməsi üçün ABŞ artıq fəaliyyətə başlayıb. Buna baxmayaraq İsrailin davamlı hücumu ABŞ-ın mülki əhaliyə yardımını çətinləşdirib və sarsıdır”. 

Türkiyə və İranın məsələ ilə bağlı ideoloji yaxınlığının hadisələrin gedişatını hər zamankından daha təhlükəli etdiyini deyən politoloq, münaşiqənin təsəvvür etdiyimizdən daha böyük miqyas ala biləcəyini bildirib.

“Məncə bu aydın məsələdir ki, nə İraq, nə Livan, nə də Suriya regional savaş arzulayır. Buna baxmayaraq, İran siyasi baxımdan regionda hələ ki, ən aktiv ölkə olaraq qalır. İranın Hizbullah və Həması dəstəkləyərək regionda vəziyyəti qızğınlaşdırması onu potensial müharibə üzvünə çevirir. İranın müdaxiləsi reallığa çevrilsə ABŞ özünün regiondakı iki təyyarə daşıyan gəmilərindən istifadə edəcək. Türkiyə haqqında isə sadəcə bunu deyə bilərəm ki, ölkənin regionda əsrlərdir təsirə malik olması onu ən önəmli faktorlardan birinə çevirir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Həması terror təşkilatı kimi tanımaması və İsraili şiddətlə qınaması onun məsələdə mövqeyini bəlli edib. Beləliklə, münaqişəyə olduqca yaxın yerləşən iki regional qüvvənin fikirləri uzun müddət sonra üt-üstə düşür. İranın Türkiyəyə səfəri ölkəni müharibəyə sövq etməklə bağlı olarsa, münaşiqə təsəvvür etdiyimizdən daha da böyük miqyas ala bilər”. 

Ekspert həmçinin Boliviya hökümətinin İsraillə bütün diplomatik əlaqələrini kəsməsi barədə də danışıb.

“Boliviyanın İsraillə diplomatik münasibətlərini kəsməsi və Çilinin öz səfirini geri çağırması İsrailin dünya miqyasında reputasiyasının düşüşündən xəbər verir. İsrailin Fələstinə hücumu davam edərsə, digər bəzi ölkələrin də bu ölkə ilə münasibətlərinin sonu gələ bilər. Bunu bildirmək də lazimdır ki, Həmasdan fərqli olaraq İsrail mülki əhalini hədəfləmir. Həmas sadəcə olaraq israilliləri öldürmək istəyir. Burada belə coğrafi-strateji bir mövqe var ki, İsrail düşmənə hücum zərbəsi endirdikdə niyyətsiz bir şəkildə Qəzza əhalisi də bu atışmalardan zərər görür. Bunu sadəcə olaraq iki ölkə arasındakı coğrafi şəraitə daha yaxından baxaraq anlamaq olar. Çox böyük ehtimal daha çox ölkələrin diplomatik əlaqələrini kəsməsi ilə İsrail siyasi arenada öz nüfuzunu xeyli dərəcədə itirəcək. Əlavə olaraq, ölkənin heç bir xarici dəstək almadan müharibə aparması onun hərbi dayanıqlılığını sual altına salır”.

Fərid Axund

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı