Çin və Avstraliya rəsmiləri Pekində görüş keçirib və son zamanlarda soyuqlaşan münasibətlərini yeni iqtisadi münasibətlərlə bərpa etməyə dair addımlar atıblar.
Ednews CNN-ə istinadən xəbər verir ki, Antoni Albanis yeddi ildən sonra Çinə səfər edən ilk Baş Nazir olub.
Baş Nazir görüş zamanı Avstraliyanın regionda Çinə ehtiyacı olduğunu etiraf edib.
Qeyd edək ki, iki ölkə illərdir ki, bir-birini insan hüquqlarını pozmaqla və regional təhlükəsizliyə təhdid yaratmaqla ittiham ediblər.
Görüş zamanı Si Tsinpin bildirib ki, iki ölkə iqtisadi əlaqələri inkişaf etdirmək üçün bir-birilərini bəyənmək məcburiyyətində deyillər.
Fərid Axund