“Azərbaycanda mina qurbanları əsasən mülki şəxslərdir”.
Ednews xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi Hikmət Hacıyev “X” hesabında yazıb.
“Demək olar ki, hər həftə ölümcül və qanlı mina partlayışının şahidi oluruq”, - deyə o bildirib.
Qeyd edək ki, Ermənistanla münaqişə bitdikdən sonra 336 nəfər mina terrorunun qurbanı olub.