İran Prezidenti İbrahim Rəisi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfər edəcək.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə İranın “Etemad” qəzeti məlumat yayıb.
Məlumata görə, sammit noyabrın 12-də Ər-Riyadda keçiriləcək.