Türkiyə Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün sosial media hesabında Azərbaycanın Zəfər Günü ilə bağlı paylaşım edib.
Ednews xəbər verir ki, təbrik mesajında deyilir:
“Doğma və can qardaşımız Azərbaycanın 8 Noyabr - Zəfər Günü mübarək.
Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfəri bir daha təbrik edir, Qələbə yolunda canından keçən bütün şəhidlərimizi rəhmətlə yad edirəm.
Daha neçə zəfərlərin olsun Azərbaycan!”.