Rusiya ordusunun Ukraynada qələbəsi NATO üçün təhlükədir, çünki bu, bloku daha həssas edəcək.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Onun sözlərinə görə, Qərb Ukraynanı cəbhədə və danışıqlar masası arxasında daha güclü etmək üçün Kiyevə dəstəyini davam etdirməlidir. Stoltenberq vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinə yardım NATO-nun maraqlarına uyğun olaraq qalır.
"Bizim Ukraynaya hərbi dəstəyimiz böhranın uzunmüddətli və ədalətli həllini yaxınlaşdırmalıdır", - deyə o, əlavə edib.