Mərakeşə rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov I Azərbaycan-Mərakeş Biznes Forumunda çıxış edib.
Ednews xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Bildirilib ki, forum hər iki ölkədə mövcud biznes və investisiya imkanları barədə praktiki fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət olub.