Ermənistan rəsmi olaraq Roma Statutunun ratifikasiyanı təsdiq edən sənədləri təqdim edib və 2024-cü il fevralın 1-dən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) tamhüquqlu üzvü olacaq.
Ednews xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
“Ermənistan 124-cü iştirakçı dövlət, Şərqi Avropa qrupundan isə 19-cu ölkə olacaq”, - məhkəmə qeyd edib.
Xatırladaq ki, rəsmi Moskva Ermənistanın Roma Statutuna qoşulmasını qeyri-dost addım adlandırıb.