“Sentyabrın 19-u Azərbaycan Ordusunun şanlı əməliyyatından, terrorçuların beli qırılandan sonra son dövrlər təxminən araşdırmalar göstərir ki, 500 mindən çox təkcə Xankəndidə mina və partlamamış hərbi sursat qalıqları aşkar edilib. Bu adamı dəhşətə gətirən rəqəmdir. Bu minaların da əksəriyyəti 44 günlük müharibədən və 10 noyabr anlaşmasından sonra gətirilimiş və basıdırılmaq üçün əl altında qoyulan minalar və partlamamış hərbi sursatlardır”.
Ednews xəbər verir ki, bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev mina qurbanlarının, bu sahədə fəaliyyət göstərən QHT-lərin AŞPA prezidentinə açıq məktub ünvanlaması ilə bağlı keçirilən tədbirdə səsləndirib.
Onun sözlərinə görə, 2023-cü il Azərbaycan üçün çox uğurlu il oldu:
“Bizi kimlərsə qəbul edəcək, etməyəcək, amma Azərbaycan öz yolundan, hədəfindən heç 1 santimetr də çəkilməyəcək. Haqq, ədalət bizim tərəfimizdədir. 30 il idi ki, Azərbaycan insanı bu acını yaşayırdı. Buna bir son verilməli idi. Bu məsələyə ədalətli yanaşma olsaydı elə 90-ci illərin əvvələrində həll oluna bilərdi. 30 ilin içində həll olmayan problemin çözülməsi Azərbaycan Ordusunun, xalqının üzərinə düşdü. Ali Baş Komandanımızın dəmir yumruğunun təsiri ilə həll olundu bu məsələlər”.
Oğuz