Ermənistan Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağı nəzərdən keçirmir.
Ednews erməni mediasına istinadən xəbər verir ki, bunu ölkənin aparıcı rəsmisi noyabrın 23-də Yerevanda deyib.
Xarici işlər nazirinin müavini Mnatsakan Safaryan jurnalistlərə deyib ki, Ermənistanın ölkənin şimal-qərbində yerləşən Gümrü şəhərindən Rusiya hərbi bazasının çıxarılması məsələsini qaldırmaq niyyəti də yoxdur. Həmin bazada minlərlə Rusiya hərbçisi yerləşir.
"Hazırda bu məsələlər gündəmdə deyil", – Safaryan vurğulayıb.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan bu ayın əvvəlində KTMT sammitinə getməyəcəyini açıqlayanda Rusiyanın tənqidi ilə üzləşdi. Ermənistanın digər rəsmiləri də sonradan KTMT tədbirlərinə qatılmadılar.
Əkbər