Bu regional təhlükəsizliyə töhfə verəcək - Həsənov

Siyasət 18:01 27.11.2023

Bu gün biz, üçtərəfli formatda müdafiə nazirləri səviyyəsində onuncu görüşümüzü keçirdik. Keçirdiyimiz görüş ölkələrimiz arasında olan strateji səviyyəli dialoqun bariz nümunəsidir.

Ednews xəbər verir ki, bunu Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda Azərbaycan-Türkiyə- Gürcüstan müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşünün yekununa həsr olunmuş mətbuat konfransında söyləyib.

Nazir bildirib ki, görüşdə üç dost və qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin ikitərəfli və üçtərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi, onların gələcək inkişaf perspektivləri, regionda və dünyada cərəyan edən hərbi-siyasi proseslər, bölgədə sabitliyin təmin edilməsi yolları və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb:

“Müzakirələr zamanı bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin və birgə əməkdaşlığın əhəmiyyəti vurğulandı.

Xüsusilə bölgədəki terrorizm və separatizm fəaliyyətlərinin davam etdirilməsinin regionda sülh və sabitliyin bərqərar olmasına, iqtisadiyyatın inkişafına, eləcə də beynəlxalq layihələrin təhlükəsizliyinə birbaşa təhdid olduğunu, eləcə də regiondan kənar ölkələrin bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş cəhdlərinin qəbul edilməz olduğunu qeyd etdik. Münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, sülh yolu ilə nizamlanmasının vacibliyi bir daha vurğulandı”.

Nazir bildirib ki, görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə qurumları arasında hərbi, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif növ birgə tədbirlərin keçirilməsi imkanları və digər əməkdaşlıq məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb:

“Üçtərəfli formatda keçirilən təlim və treninqlərin intensivləşdirilməsinin və səhra şəraitində keçirilməsinin əhəmiyyətini qeyd etdik. Belə birgə təlimlərin keçirilməsi hərbi birləşmələrimiz arasında əməliyyat uzlaşmasının əldə olunmasına, üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsi üçün zəminin yaradılmasına və nəticədə regional təhlükəsizliyə öz töhfəsini verəcək.

Onu da qeyd edim ki, 2024-cü ildə Azərbaycanda üçtərəfli formatda müxtəlif hərbi əməkdaşlıq sahələri üzrə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Hesab edirəm ki, dövlətlərimiz arasındakı səmimi münasibətlər və qarşılıqlı etimad müdafiə sahəsi üzrə üçtərəfli əməkdaşlığımız sülh naminə tərəfdaşlığın hər kəsə örnək ola biləcək nümunəsidir. Bu mənada, üçtərəfli birgə fəaliyyətlərimiz regionda sabitliyin qorunub saxlanılmasına yönəlmiş sülhməramlılıq mesajı kimi qiymətləndirilməlidir”.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı