Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT XİN Şurasının 30-cu iclası çərçivəsində Skopyedə İsveçin Xarici işlər naziri Tobias Billström ilə görüşüb.
Ednews xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
Bildirilib ki, nazirlər ikitərəfli gündəliyin cari vəziyyətini və perspektivlərini, həmçinin son regional hadisələri müzakirə ediblər.