Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın görüşü keçirildi. İndiki məqamda əsas aktual sual görüşün nəticəsinin necə olması və sülh prosesinə təsiridir.
Maraqlıdır, keçirilən görüş sülhün əldə edilməsinə təkan verəcək?
Bu barədə Ednews-a açıqlamasında politoloq Turaı İsmayılov bildirdi ki, açıq-aydın təxribatlar törədilirdi. Ermənistan delimitasiya prosesindən qaçır. Diqqət edilməli üç məqam var:
"Birincisi, həm Brüssel bəyanatlarında, həm də Rusiya görüşlərinin yekununda delimitasiya komissiyalarının çevik işləməyi ilə bağlı qərarlar var. İkincisi, Şarl Mişel də daxil olmaqla Avropa İttifaqının bir çox siyasətçisi delimitasiya olunmadan əlaqələrin normallaşmasını mümkünsüz hesab edirlər. Üçüncüsü, Rusiya da regional kommunikasiyaların fəaliyyətə başlaması üçün delimitasiyanı vacib hesab etmişdi. Amma Ermənistan tərəfindən sistematik formada Azərbaycan ərazilərinin qəsbindən əl çəkməmək taktikası var. Bütün bunlara baxmayaraq Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın görüşü müstəsna əhəmiyyətə malikdir bizim üçün".
Politoloq qeyd etdi ki, bu günə kimi Ermənistan çox böyük məharətlə delimitasiya prosesinin reallaşmamasına çalışıb:
"Qərbdən aldığı göstərişlərlə prosesi sabotaj etmək üçün bütün vasitələrdən istifadə edib. Burada yalnız Ermənistanın deyil, onun havadarı olan ölkələrində çox böyük günahı var. Çünki onlar sülh məsələnin həll olunmamasına çalışır. Buna görə də delimitasiya prosesinin geçikməsi üçün addımlar atırdılar. Eyni zamanda bu komissiyaların işinin uzanmasına səbəb olurdular. Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi məsələsinə imkan vermirdilər. Ciddi bir irəliləyiş üçün delimitasiya komissiyasının işlərində də irəliləyiş olmalıdır. Aylar sonra komissiyanın işinin yenidən fəaliyyətə başlaması çox böyük əhəmiyyəti var. Delimitasiya komissiyasının fəaliyyətə başlaması ilə bərabər Azərbaycan Ermənistan tərəfi üçüncü bir ölkə olmadan təkbətək görüşü baş verdi. Bu hadisə də çox böyük əhəmiyyətə malikdir".
Oğuz