Azərbaycan XİN başçısı Rusiya səfərinin yekunları barədə danışıb

Siyasət 21:18 05.12.2023

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskva toplantısını faydalı hesab edirik.

Ednews xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya səfərinin yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, Xəzəryanı dövlətlərin müxtəlif əməkdaşlıq platformaları mövcuddur:

“Əməkdaşlıq platformalarında biri də dövlət başçılarının qərarına əsasən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclası formatıdır. Həmin o qərara uyğun olaraq bu gün ilk görüş keçirilib. Bu gün həm məhdud, həm də geniş tərkibli görüş oldu. Xəzər mövzusu ilə bağlı müxtəlif məsələlər, bu istiqamətdə atılan addımlar, VI Xəzər Sammitinin qərarlarının icrası, o cümlədən gələcək planlar barədə geniş müzakirələr aparıldı. Görüşün yekunlarına dair birgə bəyanat qəbul edilib”, - deyə nazir bildirib.

Qeyd olunub ki, burada əsas mövzular sırasında Xəzərin hüququ statusuna dair qəbul edilmiş konvensiyanın bütün üzv dövlətlər arasında tam ratifikasiyadan keçərək qüvvəyə minməsi məsələsi və digər açıq qalan məsələlər, eləcə də, bu məsələnin öz həllini tapması üçün hansı addımların atılacağı yer alıb. Vacib olan sazişlər sırasında Xəzəryanı dövlətlər arasında orta və düz xətləriin razılaşdırılması, həmin sazişin hazırlanması istiqamətində yüksək səviyyəli işçi qrupun növbəti görüşünün keçirilməsi yer alıb. Belə bir görüşün mart ayında Bakı şəhərində keçirilməsi planlaşdırılır", - deyə Ceyhun Bayramov vurğulayıb.

Azərbaycanın XİN başçısı əlavə edib ki, Xəzər mövzusu ilə bağlı olaraq indiyə kimi 16 müxtəlif saziş qəbul edilib:

"Həmin 16 sazişdən 15-nə Azərbaycan Respublikası da qoşulub. Eyni zamanda Xəzəryanı ölkələrin bir sıra digər istiqamətlər üzrə təşəbbüsləri var. Həmin təşəbbüslərlə bağlı növbəti addımlar da razılaşdırılıb. Ən önəmli məsələlər sırasında Xəzərdə ekoloji problemlər və xüsusi olaraq Xəzər dənizinin səviyyəsinin son onilliklər ərzində azalması yer alıb. Bu çox ciddi narahatlıq doğurur. Bu mövzu ilə bağlı olaraq VI Xəzər Sammitində Azərbaycan Prezidenti Cənab İlham Əliyev xüsusi işçi qrupunun yaradılması təklifini irəli sürüb. Həmin təklifə uyğun olaraq Azərbaycan tərəfi artıq üzv dövlətlərə bununla bağlı növbəti addımlara dair sənəd layihələri təqdim etmişdir və hal-hazırda həmin sənədlər müzakirə edilir. Yaxın zamanlarda işçi qrupunun görüşü təşkil olunacaq. Konvensiyada nəzərdə tutulduğu kimi Xəzərin bir sülh məkanı olması, burada Xəzəryanı dövlətlərin hərbi sahədə atdıqları addımların digər ölkələr üçün məqbul olması, hər hansı bir gərginliyin yaradılmaması bu gün müzakirə mövzuları arasında olub. Ümumilildə bu görüşü çox faydalı hesab edirik. Düşünürük ki, bu görüşün növbəti addımlara müsbət təsiri olacaq", - deyə nazir qeyd edib.

Ceyhun Bayramov Moskvada keçirdiyi ikitərəfli görüşlərdən də danışıb:

"Bildiyiniz kimi, beynəlxalq geniş formatlı tədbirlər çərçivəsində ikitərəfli görüşlər də keçirilir. Biz gün ərzində səhər saatlarında Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycan-Rusiya münasibətləri kontekstində ikitərəfli görüş keçirdik. İndi isə bir qədər əvvəl İran xarici işlər naziri Hüseyn Əmir Abddulahianla Azərbaycan-İran münasibətləri kontekstində kifayət qədər ətraflı müzakirələrimiz oldu", - deyə Azərbaycanın XİN başçısı vurğulayıb.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı