“Türkiyə istehsalı olan pilotsuz uçuş aparatı (PUA) "Kızılelma" tezliklə Azərbaycan səmasında uçacaq”.
Ednews xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında deyib.
""Bizim nəyimiz varsa, Azərbaycanındır" demişdik. Odur ki, bizim Bayraktar PUA-larımız artıq Azərbaycan səmasında uçur və onun təhlükəsizliyini təmin edir. Lakin Türkiyədə həm də yeni "Kızılelma" PUA-sı hazırlanıb. Tezliklə o da Azərbaycan səmasında uçmağa başlayacaq”, - deyə səfir qeyd edib.
Diplomat bildirib ki, Türkiyə Şuşa bəyannaməsinə uyğun olaraq Azərbaycanla əməkdaşlığı genişləndirir.