“Ermənistan tədarük olunmayan silahlara görə Rusiyanı məhkəməyə verməkdən imtina edib”. Bu barədə Ermənistan müdafiə nazirinin müavini Qraçya Sarkisyan dünən parlamentdə keçirilən brifinq zamanı jurnalistlərə bildirib. Sarkisyan qeyd edib ki, yaranmış problem qarşılıqlı tərəfdaşlıq şəraitində həll edilməlidir.
Nəyə görə Ermənistan Rusiyanı məhkəməyə verməkdən çəkindi?
Bu barədə Ednews-a politoloq Natiq Miri bildirdi ki, indiki vəziyyətdə Rusiyanın beynəlxalq Arbitaj Mərkəzinə verməklə bu vəsaiti geri qaytarmaq real deyil:
“Bunu Ermənistan rəhbərliyi də anlayır. Sadəcə Rusiya bunu ödəməkdən imtina edəcək. Çünki Rusiyanın xarici banklarda yüz milyardlarla vəsaiti var ki, indiki vəziyyətdə dondurulub. Bəzi ölkələr bu vəsaiti Ukraynanın xeyrinə istifadə etmək məsələsini müzakirə edirlər. Ona görə belə bir vəziyyətdə Rusiya hansısa bir Arbitaj Məhkəməsi qərarı ilə 1 milyarddan çox vəsasiti Ermənistana qayataracaq deyil. İkinci məsələ, Rusiya-Ermənistan arasındakı münasibətləri daha gərgin müstəviyə daşıyacaq. Bunu da Ermənistan rəhbərliyi çox yaxşı bilir. Bu məsələnin məhkəmə yolu ilə həll olunacaq bir vəziyyət olmadığını anlayır. O baxımdan vəsaitin geri qaytarılmasını sadəcə olaraq Ermənistanın Rusiyaya borcların tədricən silinməsi və əvəzlənməsi yolu ilə həll etmək istəyir. Çünki Ermənistan hər zaman Rusiyay borclu olub. Bu günün özündə də müxtəlif səviyyələrdə yenə də borcları mövcuddur. Ermənistan düşünür ki, bunun ən gözəl yolu borcları tədricən əvəzləməkdir”.
Oğuz