Azərbaycan - Ermənistan arasındakı sülh müqaviləsi niyə gecikir? - Siyasi ekspert ŞƏRH EDİR

Siyasət 17:30 19.12.2023

Artıq böyük ehtimalla demək olar ki, ilin sonunadək Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Hər halda bundan ötrü gərəkən diplomatik fəallıq gözə dəymir. Eyni zamanda erməni mətbuatında Paşinyanın növbədənkənar seçkilərə gedəcəyi ilə bağlı məsələlər də dolaşır. 

Bəs diplomatik fəallığın olmaması nəyə görədir? Paşinyan növbədənkənar seçkilərə gedə bilərmi?

Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili Ednews – a açıqlamasında, mövcud şəraitdən dolayı olaraq fəallığın mart ayının ortalarında ola biləcəyi ehtimalını irəli sürüb.

422068647_0_0_2000_1130_1920x0_80_0_0_db1c218a92a4d542c03a813ba5cde8e0.jpg

“Azərbaycan və Ermənistan arasında olan birgə bəyanat, beynəlxalq ictimaiyyətdə məsələ ilə bağlı pozitiv gözləntiləri olan azlığın, aclığını doydurmuş oldu. Məsələ ondan ibarətdir ki, sentyabr hadisələrindən sonra həm Vaşinqtonda, həm Brüsseldə, həm də Moskvada çalışırdılar ki, bu istiqamətdə müəyyən inkişaf olsun. Lakin bununla bağlı uzun müddətdir inkişaf cərayan etmirdi. Birdən – birə Azərbaycan və Ermənistan birgə bəyanat qəbul etdi. Bu kontekstdə, hesab edirəm ki, bəyanatın dəyəri mediada şok effekti, faktiki olaraq sülh müqaviləsinə yaxın bir informasiya fonu yaratdı. Əlbəttə yəni, sülh müqaviləsi tamam ayrı bir məsələdir. İnformasiya fonuna verilən reaksiyalara baxdıqda, Vaşinqtonda, Brüsseldə və Türkiyədə də kifayət qədər pozitiv bəyanatlar verildi. Ona görə də, sülh müqaviləsi bir qədər gec imzalansa da, beynəlxalq mediatorlar artıq özlərini müəyyən bir uğura nail olmuş tərəf kimi görürlər. Hesab edirəm ki, faktiki olaraq bugündən etibarən Avropada, müəyyən bayram sezonu başlayır. Milad Bayramı, Yeni İl, daha sonradan yanvar ayının əvvəlində Ermənistanda Milad Bayramı keçiriləcək və bundan sonra da Azərbaycanda keçiriləcək seçkiyə 1 ay qalmış bir müddətə girmiş olacağıq. Bu o, deməkdir ki, sülh müqaviləsinin bağlanması ilə bağlı proseslərə seçkilərdən sonra, martın ortalarına qədər olan dönəmdə gözləmək olar”.

Siyasi ekspert Ermənistanda növbədənkənar seçkilər ehtimalını isə olduqca zəif qiymətləndirsə də, bunun hər zaman ola biləcəyi ehtimalına da toxunub.

“Doğrudur, mətbuatda Ermənistanda növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı fikirlər gəzir. Çox vaxt bunu onunla əlaqələndirirlər ki, yeni parlament lazımdır ki, Ermənistanda baş nazirin imzaladığı sülh müqaviləsini ona ratifikasıya edilsin. Əslində reallığa qaldıqda parlamentdə tam üstünlük Paşinyan tərəfdarlarındadır. Lakin istisna etmirəm ki, sülh müqaviləsi imzalandıqdan dərhal sonra, Paşinyan özünü çox rahat hesab edə bilər. Xatırladım ki, 2021 – ci il seçkilərində, 2018 – ci il seçkilərindən  fərqli olaraq mövqeyi zəifləmişdi. Müqavilənin imzalanması ona elə bir şərait yaradacaqdır ki, “Qarabağı itirsək də əvəzində Azərbaycan və Türkiyə ilə iqtisadi münasibətlər qazandıq” – ifadəsini işlədə bilsin. Bu isə əlbəttə ki, düşünmürəm, Ermənistan cəmiyyəti arasında ona mühüm dəstək qazandırsın. İndiki şəraitdə isə qeyd etdiyim ki, Paşinyanın sülh müqaviləsini ratifikasiya edə bilmək üçün kifayət qədər üstünlüyə malikdir. Paşinyan və onun ətrafında baş verən proseslər də müəyyən qədər maraqlıdır. Bəlli deyil ki, bir müddətdən sonra Paşinyan komandasının daxilində hansı dəyişikliklər olsun. Mümkündür ki, bu cür reallıqlarda müəyyən dəyişikliyə gedilsin, lakin hazırda o, real görülmür”.

Əkbər Novruz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
Hamısı