ABŞ təşkilatı seçkilər ərəfəsində Azərbaycanda rəy sorğusu keçirdi - NƏTİCƏLƏR

Siyasət 17:39 02.02.2024

ABŞ-ın “Oracle Advisory Group” təşkilatı Azərbaycanda 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində ilkin rəy sorğusunun nəticələrini açıqlayıb. 

Ednews “report.az”a istinadən xəbər verir ki, ABŞ-ın “Oracle Advisory Group” təşkilatının nümayəndəsi George Brinbaum bu gün Şuşada keçirilən mətbuat konfransında deyib ki, sözügedən təşkilat və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” Azərbaycanda seçki mühitinin ölçülməsi məqsədilə sosioloji sorğu keçirib. 

Onun sözlərinə görə, sosioloji sorğunun keçirilməsində əsas məqsəd prezident seçkiləri ərəfəsində əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, seçkilərlə bağlı ictimai rəyin öyrənilməsi olub:

"Sorğuya ümumilikdə Azərbaycanın müxtəlif rayonlarından 3 000 nəfər respondent cəlb edilmişdir. Bunlardan 24,1%-i Bakı şəhərindən, 8,3% digər böyük şəhərlərdən, 21,3%-i kiçik şəhər və qəsəbələrdən, qalanları isə (46,3%) kəndlərdən olmuşdur. Sorğuda iştirak edənlərin 49,3%-i (1 479 nəfəri) qadın, 50,7%-i (1 521 nəfəri) kişi olmuşdur. Sorğu ölkə əhalisinin yaş statistikası nəzərə alınaraq aparılmışdır və respondentlərin 36,2%-i 18-34 yaş arası, 39,0%-i 30-54 yaş arası, 24,8%-i 55 və daha çox yaşda olan insanlar olmuşlar. Sorğunun 24,1%-i Bakı şəhərinə, 4,8%-i Naxçıvana, 6,1%-i Abşeron-Xızı, 3,4%-i Dağlıq Şirvan, 6,4%-i Gəncə-Daşkəsən, 6,8%-i Qarabağ, 7,2%-i Qazax-Tovuz, 5,9%-i Quba-Xaçmaz, 10,0%-i Lənkəran-Astara, 7,8%-i Mərkəzi Aran, 6,6%-i Şəki-Zaqatala, 5,3%-i Şirvan-Salyan bölgələrinə aid olub". 

Sorğu vərəqindəki sualları belə qruplaşdıra bilərik: 

1. Əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsi; 

2. Ölkənin hazırkı vəziyyətinə münasibət; 

3. Əhalinin siyasi fəallıq səviyyəsi; 

4. Ermənistan-Azərbaycan münaqişəsi; Vətən müharibəsinə dəstək. 
 
“Ümumiyyətlə əvvəllər Azərbaycanda keçirilən prezident seçkilərində iştirak etmisiniz?” sualına 34,9% “Demək olar ki, hər zaman” variantını seçiblər. Daha 28,4% “Hər zaman”, 11,1% isə “Çox vaxt” cavabı veriblər. Bu isə əhalinin seçkilərdə olan aktivliyinin göstəricisidir. 

Sorğuda iştirak edənlərdən 4,5% ilk dəfə səs vediyini, 16% demək olar ki, səs vermədiyini, 5% isə ümumiyyətlə səsvermədə iştirak etmədiyini bildirib. 
Əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsi məqsədilə ünvanlanmış “Hazırda ölkəmizin üzləşdiyi ən vacib problem hansıdır?” sualına 2,3% iqtisadi vəziyyəti, 34,9% məşğulluğu, 27,1% əməkhaqqını, 0,4% Azərbaycanın beynəlxalq arenada rolunu, 0,1% cinayətkarlığı, 14,1% korrupsiyanı, 6,7% təhsili, 0,2% ekologiyanı, 13,1% səhiyyəni, 1,1% isə məişət zorakılığını qeyd edib. 

Seçicilər arasında ölkənin “düzgün istiqamətdə” getdiyi və Prezidentin yaxşı iş gördüyü barədə əminlik hissi var. 

“Azərbaycanın getdiyi yolun ümumi istiqamətini necə qiymətləndirirsiniz?” sualına seçicilərin 81,2%-i “düzgün istiqamət”, 12,3%-i isə “yanlış istiqamət” cavabını veriblər. 

“Hazırkı Prezident İlham Əliyevin gördüyü işləri necə qiymətləndirərdiniz?” sualına 96.0% seçici əla, 2,5% yaxşı, 0,8% qənaətbəxş cavabını veriblər. 

Bundan əlavə, seçicilər Azərbaycanı yaşamaq üçün olduqca təhlükəsiz ölkə olduğunu hesab edirlər.Belə ki, “Azərbaycanın digər qeyri-sabit ölkələrdən fərqli olaraq, regionda ən sabit ölkə olması ilə razısınızmı” sualına cavab olaraq, sorğulanan şəxslərin 85,4% BƏLİ cavabını veriblər. 

“Prezident seçkiləri bu günə təyin edilsəydi və namizədlər aşağıdakı şəxslər olsaydı, kimə səs verərdiniz?” sualına verilən cavablar göstərir ki, respondentlərin böyük əksəriyyəti hazırkı ölkə rəhbərindən razıdır. 

Belə ki, respondentlərin 97% İlham Əliyevin, 1.2% Zahid Orucun, 0.7% Fazil Mustafanın, 0,5% Razi Nurullayevin, 0,3% Qüdrət Həsənquliyevin, 0,2% Fuad Əliyevin, 0,1% isə Elşad Musayevin adını çəkib. 

Nəhayət, Qarabağdakı qələbə ictimaiyyət tərəfindən Azərbaycanın böyük uğuru kimi qiymətləndirilir. 

Respondentlərin 98,50%-i “Siz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün həyata keçirilən genişmiqyaslı hərbi əməliyyatları dəstəklədinizmi?” sualına müsbət cavab veriblər. Bu rəqəm yüksək milli ruhu nümayiş etdirir. 

Respondentlərin əksəriyyəti “Sizcə, Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkənin beynəlxalq aləmdə nüfuzuna necə təsir edib?” sualına 72,5% “Müsbət”, 2,6% “Mənfi”, daha 24,9% “Neytral” variantlarını seçib. 

Bütün cavablar əhalinin mövcud hökumətin fəaliyyətinə münasibətinin açıq ifadəsidir. Belə ki, verilən cavablar əhalinin hazırki iqtidarın hakimiyyətinə olan inamını və dəstəyini əks etdirir. 
Bu bloka daxil olan və Prezident İlham Əliyevə münasibətlə bağlı suala verilən cavablar seçicilərin siyasi meyli və səsvermənin nəticələri haqqında yekun fikir formalaşdırmağa imkan yaradır. 

Beləliklə, bilavasitə Prezident İlham Əliyevin fəaliyyətinə münasibətlə bağlı ictimai rəyin öyrənilməsinə yönəlmiş seçki öncəsi sorğunun nəticələrinə əsasən deyə bilərik ki, əhali İlham Əliyevin hakimiyyətinə inanır və onun siyasi xəttini dəstəkləyir. 

Aparılmış sosioloji sorğunun nəticələri göstərir ki, 07 fevral 2024-cü il prezident seçkilərinə hazırlıq həm hakimiyyət, həm də əhali səviyyəsində qənaətbəxşdir. 

ABŞ-ın “Oracle Advisory Group” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” (VƏHML) bu qənaətə gəlir ki, əhali fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı məlumatlıdır. Bu, dövlətin həyata keçirdiyi maarifləndirmə və məlumatlandırma işinin yüksək səviyyəsində aparılmasından xəbər verir. 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fransa sahillərində uperyaxta yanıb
22:46 10.07.2025
"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Hamısı