Ermənistanla Azərbaycan arasında son 4 ayda ilk dəfə fevralın 12-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin snayper atəşi nəticəsində Azərbaycan sərhəd xidmətinin əsgəri yaralanıb.
Azərbaycan ordusu Ermənistanın təxribatına cavab olaraq “intiqam” əməliyyatı keçirib, nəticədə ötən gün Azərbaycan əsgərinin güllələndiyi hərbi post tamamilə darmadağın edilib.
Bəs Ermənistanla Azərbaycan arasında şərti sərhəddə təxribatlar kimə lazımdır? Bu təxribat sifariş ola bilərmi?
Erməni siyasi fəal İşxan Verdiyan Ednews-a açıqlamasında bildirib ki, Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün Qarabağ klanının sərhəddə eskalasiyaya ehtiyacı olduğunu desəm, düşünürəm ki, yeni bir şey söyləmiş olmaram:
“Bu hadisənin konkret olaraq təhrik edilib-edilməməsi ehtimalının az olduğunu hesab edirəm. Əks halda səbəbkarlar cavab atəşinə hazırlaşardılar və Azərbaycan tərəfi qarşılıq verdikdə qorxudan ölməzdilər. Bu faktı ona görə qeyd edirəm ki, rəsmi məlumatlara görə, atəş açılan postun əsgərlərindən biri ürək tutmasından dünyasını dəyişib. Ona görə də, çox güman ki, o, şəxs ya sərxoş olub ya da bu onun şəxsi istəyi əsasında həyatında keçirilib. Hərçənd bu, vəziyyəti yaxşılaşdırmır. Çünki bu deməkdir ki, Paşinyanın birinci dərəcəli əsgərlərinə heç bir nəzarəti yoxdur və bu da öz növbəsində yeni insidentlərə gətirib çıxarır. Bilmirəm, Paşinyan bu problemi həll edə biləcək, ya yox. Lakin hesab edirəm ki, onun heç bundan xəbəri də yoxdur”.
Əkbər Novruz