“Yeni dövrdə siyasi mövzulardan daha çox iqtisadi, sosial məsələlər ön planda olacaq”.
Ednews xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı Mədəniyyət komitəsinin sədri Fazil Mustafa səsləndirib.
“Çünki vaxtilə torpaqlarımızın işğaldan azad olunması ilə bağlı beynəlxalq arenada işlər görürdük. İndi isə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası məsələsi prioritet olacaq”, - deyə deputat əlavə edib.
Fazil Mustafa çıxışı zamanı Əli Əsədovun Baş nazir təyin olunmasını yüksək qiymətləndirib.