Ermənistanın Tavuş rayonunun Kirants (Güney) kəndində artıq sərhəd dirəkləri quraşdırılıb. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Sərhəd dirəklərinin yanında sərhədçilərin dayandığı bildirilir. Artıq sülh müqaviləsinin yaxın olduğunu deyə bilərik?
Bu barədə Ednews-a politoloq Fikrət Sadıqov bildirdi ki, delimitasiya və demarkasiya prosesi gedir və bu prosesə keşişlər təsir edə bilməzlər.
“Keşiş Baqrat (Qalstanyan) camaatı götürüb İrəvana gəlib. Hökumətə qarşı tələblərlə çıxış edib, amma heç bir şeyə nail ola bilmədi. Yenə qayıdır həmin kəndə. Proses mütəmadi şəkildə və ardıcıl formada davam edir. Bu da Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına müəyyən təkan verən prosesdir. Düşünürəm ki, bundan sonra digər məsələlər də həll olunmalıdır. Hər halda Zəngəzur dəhlizini nəzərdə tuturam. Bununla paralel iki ölkə arasında saziş imzalanmalıdır. Sülh sazişinin imzalanmasının məsafəsi daha azdır”.
Oğuz