“ABŞ etiraf edib ki, Gürcüstanda demokratiyanın tənəzzülü 2012-ci ildə hakimiyyət dəyişikliyindən dərhal sonra başlayıb”.
Ednews xəbər verir ki, bunu Gürcüstanın hazırda həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili bildirib.
“Diqqətlə baxsanız, Blinkenin bəyanatında açıq şəkildə qeyd olunur ki, Gürcüstanda demokratik tənəzzül 2012-ci ildən sonra başlayıb. Bu, Qərbin 2012-ci ildə baş verənlərin reallığını son etirafıdır. Necə deyərlər “gec olsun, güc olmasın”, - Saakaşvili “Facebook”da yazıb.
Eks-prezident bugünkü qərarı görünməmiş hesab edir. Onun sözlərinə görə, “Amerika heç vaxt heç kimə eyni vaxtda belə miqyaslı sanksiyalar tətbiq etməyib”.
Saakaşvili hesab edir ki, Gürcüstan hazırda 2008-ci ildə Rusiyanın hücumu zamanı olduğundan “daha təhlükəli an” yaşayır:
“Həm o vaxt, həm də indi Amerika Gürcüstan dövlətini xilas etmək üçün vəziyyətə müdaxilə edirdi”.